​Türkiyədə İŞİD-ə qarşı əməliyyat - KÜTLƏVİ HƏBS

Türkiyədə İŞİD terror təşkilatı ilə əlbir olduğu bilinən 245 şəxsə qarşı əməliyyat keçirilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. Agentliyin məlumatına görə, Ankarada keçirilən və 1500 polisin qatıldığı əməliyyatda saxlanılan 245 şübhəlidən 101-i həbs olunub.