​Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 283 NƏFƏR TUTULUB

Onların 187-si xarici ölkə vətəndaşıdır
Türkiyədə 11 gün ərzində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub.
Muxalifət.az CNNTurk-ə istinadən xəbər verir ki, bu barədə Polis İdarəsi məlumat yayıb.
İnformasiyaya əsasən, əməliyyat 25 əyalətdə 22 oktyabr-1 noyabr tarixləri arasında keçirilib. Bu müddət ərzində keçirilən antiterror əməliyyatları nəticəsində Türkiyənin 96, xarici dövlətlərin isə 187 vətəndaşı tutulub. Beləliklə, 11 gün ərzində 283 şübhəli saxlanılıb./“Report”/