TÜRKİYƏDƏ İNSANLARIN ÜZƏRİNƏ GÖYDƏN PUL YAĞDI - VİDEO

Baxış sayı:
2143

Türkiyənin İstanbul şəhərinin Taksim meydanında dünən axşam saatlarında maraqlı anlar yaşanıb. Türkiyə KİV-ləri xəbər verir ki, şəxsiyyəti məlum olmayan bir şəxs meydanda yerləşən otelin üst mərtəbələrinin birindən pul atıb. Pul atıldığını görən vətəndaşlar otelin qarşısına toplaşaraq izdiham yaradıblar. Aşağı atılan pulun Çinin milli valyutası yuan olduğu bildirilir.