Türkiyədə ikinci "FƏTÖ dalğası" - MƏŞHUR FUTBOLÇULAR İSTİNTAQA CƏLB OLUNDU

Baxış sayı:
6877

Futboldakı FƏTÖ şəbəkəsi ilə əlaqədar Türkiyədə araşdırmaların ikinci dalğası başlanıb.
Belə ki, Türkiyənin məşhur futbolçuları olan Emre Belözoğlu, Arda Turan, Okan Buruk və Bülent Korkmazın, “FƏTÖ-yə üzv olmaq və təşkilata üzv olmayaraq, könüllü surətdə təşkilata kömək eləmək” ittihamı ilə bağlı istintaqa cəlib olunduqları bəlli olub. 2018-158015 və 2018-119375 nömrəli istintaq işləri barəsində mətbuata mütəmadi oldaraq məlumat veriləcəyi bildirilir.

Hurriyyet.org