Türkiyədə içərisində 25 sərnişin olan avtobus yandı - VİDEO

Baxış sayı:
5989

Türkiyənin Marmaris və Şırnak şəhərləri arasında hərəkətdə olan sərnişin avtobusu yanıb.

Yerli KİV-lər xəbər verir ki, hadisə baş verən zaman avtobusda 25 sərnişin olub.

Yanğının başladığını görən sürücü avtobusu yoldan kənara çəkərək sərnişinləri düşürüb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.