Türkiyədə hərbi xidmət müddəti azaldılacaq

Baxış sayı:
3898

Yaxın günlərdə Türkiyə parlamentində yeni hərbi xidmət sistemi ilə bağlı qanun layihəsi müzakirə ediləcək. CNNTürk xəbər verir ki, qanun layihəsində həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi təklif olunur. Altı aydan artıq xidmət etmək istəyən əsgərlərə isə maaş ödəniləcək. Qeyd olunur ki, ödənişli hərbi xidmətin məbləğinin müəyyənləşdirilməsi məsələsi ölkə prezidentinin səlahiyyətində olacaq.