​Türkiyədə hərbi hissədə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 81 hərbçi hospitala yerləşdirildi

Baxış sayı:
7051

Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində kütləvi zəhərlənmə baş verib.
Muxalifət.az xəbər verir ki, 81 hərbçi zəhərlənmə diaqnozu ilə hərbi hospitala yerləşdirilib.
Məlumata görə, hadisə hərbi hissədə dezinfeksiya işləri aparıldıqdan sonra baş verib. Zəhərlənmənin də bu səbəbdən olması ehtimal edilir.
Hazırda xəstəxanaya yerləşdirilmiş hərbçilərin durumu normal qiymətləndirilir./trend/