​Türkiyədə həbsdə olan üç general azadlığa buraxıldı

Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bunlar briqada generalları Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur.
Generalların həbsdən azad edilməsi haqqında qərar Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında çıxarılıb.