Türkiyədə hava limanında həyəcan: Çantada bomba aşkarlandı
13-11-2017 21:07

Türkiyənin İstanbul şəhərində "Atatürk" hava limanının metro stansiyasında şübhəli çanta aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, dərhal polis ərazidə təhlükəsizliyi təmin edib. Qatarların hərəkəti dayandırılıb.
Çantada bomba olduğu müəyyən edilib. Sapyorların olay yerinə cəlb edilməsi ilə bomba zərərsizləşdirilib.