Türkiyədə GÜCLÜ PARTLAYIŞ

Baxış sayı:
5581

Türkiyədə fabriklərin birində güclü partlayış baş verb.
Kocaeli vilayətinin Karatəpə rayonunda qeydə alınan partlayışdan dərhal sonra bütün işçilər fabrikdən təxliyə olunub.
Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində operativ iş aparılır.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil./Publika