Türkiyədə gəmi batdı - AZI İKİ NƏFƏR ÖLDÜ

Baxış sayı:
6172

Türkiyənin Bursa vilayətində gəmi batıb. Yerli mətbuatın yazdığına görə, hadisə nəticəsində azı 2 nəfərin batdığı bildirilib.

8 nəfərin Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edildiyi qeyd edilir. Xilas edilənlər arasında əcnəbilərin də olduğu bildirilir, lakin onların vətəndaşlığı açıqlanmır.

Gəmidə hansı səbəbdən qəza baş verməsi və batması barədə hələ məlumat verilmir.

Hazırda suda batanların meyitlərinin tapılması istiqamətində iş aparılır.