Türkiyədə gəmi batdı, 6 nəfər öldü, 50 nəfərdən artıq şəxs itkin düşdü

Baxış sayı:
2543

Ötən gecə Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb.
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib ki, batan gəmidə 55-60 nəfərin olduğu ehtimal edilir. Batanlardan 6-nın meyiti tapılıb. Qalanlar itkin düşmüş sayılır. 
Hadisə ilə əlaqədar 11 nəfər saxlanılıb./apa