​Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı

Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar qəbul edib.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə ölkənin baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Hökumət ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasına dair qərar qəbul edib. Sənəd parlamentə təsdiqə göndərilib”, - Bozdağ jurnalistlərə açıqlamasında deyib.