​Türkiyədə fövqəladə rejimin müddəti yenidən uzadılır

Baxış sayı:
5896

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) fövqəladə rejimin uzadılması ilə bağlı Nazirlər Kabinetinə tövsiyyə xarakterli müraciət ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə MTŞ-nin bəyanatında deyilir.
Qərarın qəbul olunacağı təqdirdə, Türkiyədə 7-ci dəfə fövqəladə rejimin uzadılması halı baş verəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə rejim 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.