​Türkiyədə dövlət çevrilişinə cəhd AŞPA sessiyasında müzakirə ediləcək

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayıb.
APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, sessiyanın ilk iş günündə qurumun sədri Pedro Aqramunt gündəlikdə duran məsələlərdən danışıb. O, AŞPA Bürosunun iclasında « Dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət » adlı hesabatının cari məsələ kimi müzakirəsinin qəbul olunduğunu bildirib. Bu məsələ AŞPA sessiyasının dördüncü günündə keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.