Türkiyədə dövlət çevrilişi mesajı: “Qısa zamanda Ərdoğan devriləcək”

Baxış sayı:
5605

PKK-nın siyasi qolu HDP-li Əhməd Şık prezident Ərdoğanın qısa zaman ərzində hakimiyyətdən endiriləcəyi mesajını verərək "AKP ilə yeni həll prosesi təkrar ola bilməz. Amma bu danışıqlar masasının yenidən qurulmayacağı mənasına gəlməsin. O masa yenidən qurulacaq, amma Ərdoğan ilə deyil. Çox qısa müddət sonra var olan Ərdoğan sonrası hakimiyyət bloku ilə o masa yenidən qurulacaq" deyib.
 
K-24 televiziyasına açıqlama verən terrorçu millət vəkili Əhməd Şık, Ərdoğan dövrünün qısa zaman ərzində sona çatacağını söyləyib.
Müxalifət.az