Türkiyədə dollar yerinə Çin “Yuanı” dönəmi başladı

Baxış sayı:
1834

Dolların hərəkətindən dolayı qeyri-müəyyənliyin hakim olduğu idxal və ixrac sektorunda  iş adamı çözümü, Çindən gətiriləcək bütün idxal mallarını Çin valyutası olan "yuan” ilə ödənməsində görüb.
 
Çində istehsal olunan “Fujiplus” markalı kondisionerlərin Türkiyə Distribyutorunun sahibi olan iş adamı, bundan sonra edəcəkləri idxalları Çin valyutası olan "yuan ilə ödəyəcəklərini, bunun Türkiyə ticarətində bir ilk olduğunu deyib.
Eyni zamanda Qlobal Kondisioner İdxalçıları, İxracatçıları Assosiasiyasının sədri olan iş adamı, prezident Rəcəb Tayyib Ərdoğanın yerli valyutalarla ticarət edilməsi mövzusundakı tövsiyələrinə görə, hərəkətə keçdiklərini bildirərək, "Tərəfdaşlarımıza təzyiq edib, artıq dollarla deyil, öz pullarımızla mübadilə edək” dedik. Bununla bağlı müxtəlif işlər görmüşük və nəticə də aldıq. Çindəki istehsalçı zavodlarımızla razılaşdıq. Bundan sonra ticarətimizi yuan ilə edəcəyik" deyib.
Banklarla keçirdikləri görüşlərdə ödəmələrin yuan olaraq həyata keçirilməsində heç bir maneə olmadığını öyrəndiklərini ifadə edən iş adamı, "Yerli pulla alveri edən ilk şirkət olmaqla, son dərəcə gözəl bir şey oldu. Biz firma olaraq bu yolu açdıq. Bütün idxalçı və ixracatçıların bu yolla getməsini təklif edirəm" deyə, söyləyib.
Ticarət etdikləri şirkətlərin, dünyanın ən böyük şirkətlərindən olduğunu vurğulayan iş adamı, "Əgər bu milyon dollarlıq şirkətlər qəbul edirsə, digər irili-xırdalı şirkətlər də qəbul edəcəkdir. Çin çox çətin bir ölkədir. Əgər onlar qəbul edirsə, Rusiya, İran, İraq kimi ölkələrlə də öz banklarımız vasitəsi ilə mübadilə edəcəyimizə inanıram. Biz inadla təqib etdik və bacardıq" deyə, bildirib.
Müxalifət.az