Türkiyədə dəhşətli zəlzələ - 13 yaralı - FOTO

Baxış sayı:
2929

Türkiyənin Adıyaman bölgəsində 5.1 bal gücündə zəlzələ baş verib.
Muxalifət.az xəbər verir ki, zəlzələ nəticəsində 13 nəfər yaralanıb.
Adıyamanda zəlzələ ilə bağlı məktəblərdə 1 günlük tətil elan olunub. 2 ev dağılıb, bir çox evdə isə çatlar əmələ gəlib.
Zəlzələ eyni zamanda Diyarbəkir, Şanlıurfa, Qaziantep, Malatya, Kilis ve Qəhrəmanmaraşda da hiss olunub.