​Türkiyədə DƏHŞƏTLİ TERROR: Ölənlər və yaralılar var - FOTOLAR

Baxış sayı:
9312

Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında terror hadisəsi törədilib.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Reyhalında bomba yüklü avtomobil partladılıb. Hadisə bu gün Türkiyə vaxtı ilə, saat 13:00 radələrində Reyhanlı bələdiyyə binasının yaxınlığından 750 metr aralıqda, Mehmet Akif Ersoy küçəsində baş verib. 
Belə ki, dayanacaqda saxlanılan avtomobil bir anlığa partlayıb. Nəticədə 3 nəfər dünyasın dəyişib və yaralıların olduğu deyilir. 
Hadisə yerinə Hatay Təhlükəsizlik İdarəsinin Ərazilərinin Minalardan Təmizlənməsi şöbəsinin əməkdaşları gəliblər. 
Hadisə kustar üsulla hazırlanan bomba ilə törədilib. Ümumilikdə 60 metrə yaxın ərazidə yerləşən obyektlərə də ziyan dəyib. 
Terrorun Suriya vətəndaşı tərəfindən törədildiyi  iddia edilir. 
Qeyd edək ki, 2013-cü ilin may ayında da eyni ərazidə terror törədilib. Nəticədə 55 nəfər dünyasın dəyişmişdi. /unikal

Türkiyədə terror törədildi:Ölənlər və yaralılar var (FOTOLAR)

Türkiyədə terror törədildi:Ölənlər və yaralılar var (FOTOLAR)

Türkiyədə terror törədildi:Ölənlər və yaralılar var (FOTOLAR)