Türkiyədə demokratiya uğur qazandı, FEODALİZM İFLASA UĞRADI - Təhlil

Baxış sayı:
11932

31 mart 2019-cu il tarixdə Türkiyədə keçirilən bələdiyyə seçkiləri sonucu olaraq, “Millət İttifaqı” blokuna daxil olan partiyalar, özəlliklə də CHP (Cümhuriyet Halk Partisi) 25 illik dönəmdən sonra, çox böyük uğurlara imza atdı. İstanbul, Ankara, İzmir, Eskişehir, Bolu, Ədirnə, Çanakkale, Tekirdağ, Aydın, Muğla, Hatay, Yalova, Burdur, Ərdəhan, Antalya, Artvin, Mersin, Sinop, Adana, Kırşehir və Bilecik kimi meqapolis şəhərlərdə CHP ən üstün mövqelərə sahib oldu. CHP-nin siyasi müttəfiqi və “Millət İttifaqı”nı təmsil edən “İyi Parti” ilk dəfə bələdiyyə seçimlərinə qatılsa da, 7.50 faiz barajı keçərək 18 ilçədə (iri qəsəbələr) qalib gəldi. Beləliklə 82 milyonluq əhalisi olan Türkiyədə 56 milyon 911 min 967 seçicinin 53 faizinin səsini “Millət İttifaqı” qazandı.

Məmləkətin son 17 illik siyasi mənzərəsi

Keçmiş Sovetlər Birliyi dağılan ərəfədə postsovet məkanında cəmiyyət dini və milliyyətçi baxışlarla bu iki ideoloji sistemə üz tutmağa başladı. Bu, həm də çevrə dövlətlərində də dərin izlər buraxdı. Ona görə də, İran, Türkiyə, Bolqarıstan, Çexiya, Slovakiya, Polşa, Macarstan, Rumıniya, Əfqanıstan və digər ölkələrdə dini-milli anlayışların sosiallaşma baxımından yüksəliş dönəmləri başladı. Türkiyədə ilk dəfə olaraq, dindar və milliyyətçi kəsim addım-addım iqtidara doğru yürüməyə başladı. Sol görüşlü siyasi partiyalar isə sanki, iflas durumuna düşdülər. Özəlliklə 2002-ci ildən Türkiyədə təkhakimiyyətlilik prinsiplərini yürüdən AKP (Ədalət və İnkişaf Partiyası) dini baxımdan Orta Doğuda daha   dərin siyasət yürütmək üçün cəmiyyəti öz ardınca aparmaq hədəfini sərgilədi. Bu yalnış yanaşım olsa da, toplumun dindar kəsimi bu ideyanın ardınca getməyə önəm verdi. Həm də AKP-nin cəmiyyətdəkli sosial bazası olan əşirətçi, camaat birlikləri, cəmiyyətlər,  fondlar, özəlliklə nurçuluq təliminin lideri Fətullah Gülən tərəfdarları öz hədəflərini dövlət siyasətinin tərkib hissəsinə çevirmək üçün AKP-nin yandaşı olmağı tərcih etdilər. Bu şəbəkələrin nəzarətində çoxsaylı qəzetlər, TV və radio kanalları, digər KİV-lər də dərin izlər buraxdı. Bununla yanaşı, kasıb əhaliyə hər dəfə seçkilər ərəfəsində kömür, qida məhsulları və digər yardımlar etməklə onların daha çox səslərini əldə etdilər. Bütün bunlar ABŞ-da və Avropa dövlətlərində hakimiyyətdə olan “qlobalizm” tərəfdarlarının dolayı yolla dəstəyi ilə baş verdi. 2017-ci ildə Donald Tramp ABŞ prezidenti seçiləndən sonra, “qlobalistlər”in 27 illik hegemonluqlarına son qoyuldu. Türkiyənin baş naziri və AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan dərhal siyasi müttəfiqi və ölkədə “qlobalizmin siyasi və ideoloji dayağı”nın başında duran Fətullah Gülənə qarşı çıxdı. “Ulusal Dövlət” strategiyasının yanında yer almaq üçün AKP məcbur olaraq uzun illər siyasi intriqalar içində boğuşduğu MHP (Milliyyətçi Hərəkat Partiyası) ilə dolayı yolla müttəfiqlik üçün əlcək atdı. Özəlliklə də 2018-ci il parlament seçkilərindən sonra, AKP-nin 290 və MHP-nin 49 millət vəkili bir araya gələrək səsçoxluğu ilə istədikləri qanunları qəbul etmək kimi hədəflərini sərgiləyirlər. Ana müxalifəti təmsil edən CHP-nin 146 və İyi Partinin 47 millət vəkili tərəfindən hətta xoşməramlı təkliflər daim “havadan asılı” qalır. 68 millət vəkili ilə təmsil olunan HDP isə sadəcə öz maraqları çərçivəsində çıxış etdiyi üçün daim yalnız qalır. AKP-nin əlinin güclü olması seçimlərdə 42.3 faiz səs qazanmaqla yanaşı, MHP-nin əldə etdiyi 11.2 faizlik səsə görə daim üstün görünmək siyasətini sərgiləmişdir. Bu konyukturanın hesabına iqtidar istənilən manevri asanlıqla həyata keçirmək fürsəti qazanmışdı.   

Xalq bələdiyyə seçkilərində “FEODALİZM”ə “YOX!!!” dedi

Aşırı dinçi siyasət yürüdən AKP demokratik prosesləri faktiki olaraq 17 illik dönəmdə  daim aşağılamaq hədəflərini sərgiləyib. Özəlliklə də Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkə qarşı sərt şəkildə çıxması, heykəllərinin kütləvi şəkildə uçurulması, xatirəsini əbədiləşdirən muzeylərin, kitabxanaların və mədəni mərkəzlərin qapadılması ölkənin əsil faciəsinə çevrilmişdi. Bunun qarşılığında isə “İmam Xətib” (mollaxana) məktəblərinin sayı 4 minə qalxdı. Burada 645 min şagird təhsil alırdı. Eyni zamanda mollaxanaların saxlanılması üçün ildə dövlət büdcəsindən 6 milyard 570 milyon lirə vəsait ayrılırdı. Halbuki, normal orta məktəblərə ayrılan vəsait mollaxanalara ayrılan büdcədən bir neçə dəfə aşağı idi. “Yeni dindar nəsil yetişdirmək”də AKP-nin əsas hədəfi seçicilərinin hər il sayının artırılması idi. Beləcə 2006-cı ildə ölkədə 78 min 608 məscidin sayı 2017-ci ildə 90 minə qədər yüksəldi. Hər məscidin inşası üçün dövlət büdcəsindən əlavə milyardlarla vəsait xərclənirdi. Ötən 17 ildə Türkiyədə AKP iqtidarı yeni fabriklərin və zavodların inşasına qəpik-quruş ayırmadı. Özəlləşdirmə adı altında  ölkənin fabrik və zavodlarını satdı. Bununla yanaşı iri torpaq sahələrini və ormanları, dağlıq əraziləri satışa çıxararaq özəlliklə xaricilərə satmaq siyasətinə üstünlük verdi. Ona görə ki, xarici şirkətlər və sahibkarlar daha çox pul ödəyirdilər. Türkiyənin gəmiçilik və tərsanə sektoru satışa çıxarılaraq satıldı. Bütün özəlləşdirilənlərin qarşıslığında yeni sənaye müəssisələri yaradılmadı. Ölkənin hər qarışısında “betonlaşma” proseslərinə yer verildi. Yəni qısa zamanda yaşayış evləri və ofislər inşa edərək onların satışında maya dəyərindən bir neçə dəfə artıq para əldə etmək siyasəti hakim idi. Bu çirkli işləri AKP yerli bələdiyyələrin vasitəsilə həyata keçirdi. Həm də “ihalə mafiyası”nın (tender) əli ilə. Beləcə AKP və yandaşları qısa zamanda ölkənin zənginlərinə çevrildilər. Zənginlər həm də yerlərdə feodallara çevrilmişdilər. AKP-MHP işbirliyinin sonucu kimi ölkədə hüquqları pozulan insanların görməzlikdən gəlindi. Çünki, onlar “kindar abidesi”nə çevrilmişdilər. Sözdə dindən və milli iradədən dəm vuran bu iki siyasi kəsim “imam xətib okulları”nda cinsi istismara məruz qalan yetim uşaqların müdafiəsinə qalxmadılar. Ölkənin iqtisadi durumu ildən ilə ağırlaşırdı. Türkiyə elə bir həddə çatmışdır ki, un, saman, heyvan əti, soğan, kartof, mərci, noxud və digər yüzlərlə qida məhsulları xarici ölkələrdən idxal olunmağa başladı. Çünki, yerli məhsullara görə tutulan “zamlar” (vergi), gübrə, toxum və digər tələbat mallarının qiymətləri astronomik həddə çatmışdı. Təqaüdə çıxanlara dilənçi payı verilirdi. Məmləkətin zənginlərinə çevrilmiş AKP-MHP işbirlikçiləri ortaçağdakı kimi feodalcasına davranırdılar. Ölkə addım-addım orta yüzilllərin bataqlığına yuvarlanırdı. “Balyoz”, “Ergenekon” və digər əməliyyatlar adı altında ən ləyaqətli generallar, alimlər, yazıçılar, jurnalistlər, sənətçilər, tələbələr həbs olunurdular. Çünki, onlar AKP-MHP feodalizminə qarşı idilər. İstənilən vətəndaşa “gizli tanıq” (şahid) tərəfindən böhtan atmaq adiləşmişdi. Böyük öndər Mustafa Kamal Atatürkə kim küfr edirdisə, AKP “genel başkanı” Rəcəb Tayyib Ərdoğan və yandaş media onları ziyarət edirdilər. Kim onların siyasətinə qarşı çıxırdısa, dərhal şər-şəbədə kampaniyası gündəmə gətirilirdi. Dünyada yeganə dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır ki, kim onun yalnış addımlarını tənqid edirdisə, “təhqir” iddiası ilə məhkəməyə verir və milyonlarla “təzminat” alırdı.

Maestro Kamal Qılıcdaroğlu    

24 iyun 2018-ci il prezient seçkilərində avtoritarizmə son qoyan CHP lideri Kamal Qılıcdaroğlu oldu. O, partiya başqanı kimi öz namizədliyini deyil, çoxlarının yaxından tanımadığı Məhərrəm İncənin namizədliyinin irəli sürülməsinə dəstək verdi. Bu həm də CHP-nin hər bir üzvünün prezidentliyə layiqdir anlamının ictimailəşdirilməsi demək idi. Seçkilərdə Məhərrəm İncə 36.9 faiz səs qazandı. Halbuki, 5 milyon seçicinin səsi saxtalaşdırıldı. Bundan əlavə, iqtidarın namizədi olan R.T. Ərdoğanın xeyrinə dövlətin bütün resursları cəlb edilmişdi. AKP-nin siyasi ortağı MHP, dindar cameələr, KİV-lər və bölgələrdəki bütün strukturlar AKP üçün çaba göstərdi. CHP isə, səbr və təmkinlə bütün bunları qarşıdakı uğurlar üçün hədəf olaraq seçmişdi. 31 mart bələdiyyə seçimlərində insanların inancına, etnik kimliyinə, sosial mənşəyinə, ictimai baxışlarına deyil, onları qucaqlayaraq ölkənin taleyi üçün çalışmaq hədəflərini sərgilədi. 
Mənsur Yavaş (Ankara), Əkrəm İmamoğlu (İstanbul), Tunc Soyer (İzmir), Rəcəb Gürkan (Ədirnə), Yılmaz Böyükerşen (Əskişəhər), Tanju Özcan (Bolu), Özlem Çərçioğlu (Aydın), Qədir Albayraq (Təkirdağ), Ülgür Gökhan (Çanaqqala), Osman Gürün (Muğla), Lütfi Savaş (Hatay), Vəfa Salman (Yalova), Əli Orkhun Ərçingiz (Burdur), Faruk Dəmir (Ərdəhan), Mühitdin Böcək (Antalya), Dəmirxan Elçin (Artvin), Vahab Seçər (Mersin), Barış Ayxan (Sinop), Səlahəddin Ekicioğlu (Kırşehir) və  Semih Şahin (Biləcik) ölkənin meqapolis şəhərlərin bələdiyyə başqanları seçildilər. CHP və “Millət İttifaqı” Ağ dəniz, Ege sahilləri, körfəz bölgələri, Qara dəniz qıyıları ilə yanaşı, Orta Anadoluda uğurlar əldə edə bildilər. Beləliklə CHP XXI yüzilin fəlsəfəsi olan sinergetik anlamda təşkilat lider olmalıdır doktrinasını sərgilədi.

“Sözçü” qəzeti demokratiyanın flqamanı oldu

Türkiyədə 55 mərkəzi, 23 bölgəsəl, 2381 məhəlli və toplam 2459 qəzet var. 27 milli, 16 bölgəsəl, 215 məhəlli olmaqla 258 televiziya kanalı, 2522 dərgi, 36 milli, 100 bölgəsəl və 951 məhəlli radio kanalı, 24 informasiya agentliyi mövcuddur. Bu qədər KİV orqanlarının içində təkcə “SÖZÇÜ” qəzeti demokratiyanın, haqq, ədalət və hüququn yanında yer aldı. Bu qəzetə qarşı AKP iqtidarı yüzlərlə dava açdı. Hətta qəzetin sahibi Burak Albaya qarşı çamurlar atılaraq tutuqlanması istənildi və mühacirətə üz tutmağa məcbur edildi. Uğur Dündar, Yılmaz Özdil, Emin Çölaşan, Rəhmi Turan, Bəkir Coşqun, Necati Doğru, Sayğı Öztürk, Soner Yalçın, Dəniz Zeyrək, Egen Cansen, Siğdem Toker, Ayşe Sucu, Murat Muratoğlu, Nədim Türkmən, Sinan Meydan, Yekta Güngör Özden, Aytunc Erkin, Məsut Parlak, Pınar Turan, Can Ataklı, Ümit Zileli, Hüsnü Mahelli, Lemi Çelik və Bahadır Çokişler ötən 17 ildə həyatlarını risqə qoyaraq AKP-nin feodalizmlə bir arada çulğalaşan dindarlıq zehniyyətinə mücadilə apardılar. Onlar dəfələrlə məhkəmələrə verildilər, ən ağır maddi cəzaları aldılar və həbsxanalara salındılar və sonucda Türkiyə demokratiyasının, Atatürk ilkələrinin doğması üçün boşuna mücadilə aparmadıqlarını isbat edə bildilər. Bu ünlü yazarların uğurlarının sirri iqtidarla mövcadilə deyildi, onlar alternativ təkliflərlə çıxış edərək cəmiyyəti maarifləndirə bildilər. “SÖZÇÜ”nün satışına qarşı minbir əngəllər yaradılsa da, milyonlarla oxucuları hər sayını 3 ədəd alaraq qəzetə dəstək oldular. 2019-cu il seçimlərində CHP “Ölkəyə Bahar gələcək” deyə yola çıxdı. “SÖZÇÜ” bir qəzet olaraq Baharın müjdəçisinə çevrildi. 17 ildir ölkəni feodalizm zəkası ilə idarə edənlər xalqın elbirliyi ilə qaranlıq kölgədə itməkdədir. Çünki, demokratiyanın günəşi yenidən doğub.

Ənvər BÖRÜSOY