Türkiyədə daha 930 nəfərdə koronavirus aşkarlandı - 18 NƏFƏR DƏ ÖLDÜ
5-06-2020 21:14
Baxış sayı:
1663

Son bir gündə Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.
Ötən bir gündə ölkədə daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfərdir.
Son sutkada 1 622 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 133 400 nəfərə çatıb.