Türkiyədə daha 30 hərbçi tutuldu

Mərkəzi Konya olmaqla Türkiyənin 7 əyalətində əməliyyat keçirilib
Türkiyə Silahlı Qüvvələrinin 70 vəzifəli hərbçisinin saxlanılması barədə sanksiya verilib.
"Haber7" xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər.
Məlumata görə, mərkəzi Konya olmaqla Türkiyənin 7 əyalətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində 30 hərbçi tutulub.