Türkiyədə daha 23 nəfər koronavirusdan öldü - 1200 YENİ YOLUXMA VAR

Baxış sayı:
1664

Bu gün Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 950 nəfərə çatıb.

Son bir gündə Türkiyədə koronavirusa daha 1 192 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 187 685 nəfərdir.

Nazir bildirib ki, son sutkada 1 412 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 160 240 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.