Türkiyədə daha 1614 nəfər koronavirusa yoluxub - 64 NƏFƏR ÖLÜB

Baxış sayı:
2328

Türkiyədə son bir gündə 64 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə ümumilikdə 3 461 nəfər pandemiyanın qurbanı olub. 

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, ölkədə virusa daha 1 614 yoluxma qeydə alınıb. Beləliklə, pandemiya ərzində koronavirusa yoluxanların ümumi sayı 127 659 nəfərə çatıb. 

Koronavirusa yoluxmuş 5 015 nəfər sağalaraq evə buraxılıb. COVID-19-la bağlı 35 771 test aparılıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib