Türkiyədə bu gün daha 61 nəfər koronavirusdan öldü - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1384

Son bir gündə Türkiyədə daha 1 670 koronavirusa yoluxma qeydə alınıb.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, son bir gündə 61 nəfər koronavirusun qurbanı olub. 
Nazir qeyd edib ki, koronavirusa yoluxmuş 4 882 nəfər sağalıb. Ümumilikdə COVID-19-a yoluxmuş 63 151 xəstə sağalıb.
Türkiyədə pandemiya ərzində koronavirusa ümumilikdə 126 045 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 3 397 nəfər ölüb. Ölkədə 24 001 koronavirus testi aparılıb. 
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.