​Türkiyədə bir dövr sona çatdı: Doğan holdinq satıldı - Təcili

Baxış sayı:
181

Türkiyənin ən böyük media holdinqi olan "Doğan Media Qrup" satılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı "Sözcü" qəzeti yayıb. Qəzet Aydın Doğan öz media holdinqini Ərdoğan Dəmirörənə satdığını bildirib. "Dəmirörən Qrupu" bu satınalmadan sonra Türkiyənin ən böyük media holdinqi olub. Aydın Doğanın öz media holdinqini 1,2 milyard dollara satdığı vurğulanıb.
Qeyd edək ki, Doğan media holdinqin tərkibində "Posta", "Hürriyet", "Fanatik" qəzetləri, "CNN Türk", "Kanal D" televiziyaları var. Aydın Doğan 2011-ci ildə Dəmirörənlərə "Vətən" və "Milliyət" qəzetlərini satmışdı.
Türkiyə mediası bu satışın təkcə Dəmirörən ailəsinin maliyyəsi əsasında gerçəkləşmədiyini iddia edib. Mətbuatın fikrincə, Aydın Doğanın media holdinqini almaq üçün bu ailəyə hansısa başqa gizli əl də yardım edib.