Türkiyədə bayram günlərində küçəyə çıxmaq qadağan edildi

Baxış sayı:
2448

Türkiyədə Ramazan bayramı günlərində 81 əyalətdə küçəyə çıxmaq qadağan edilib.
 
Türkiyə mediası xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki iclasından sonra açıqlama verib.
 
Onun sözlərinə görə, 23-24-25 və 26 may tarixlərində Türkiyənin bütün əyalətlərində komendant saatı tətbiq olunacaq.
 
15 əyalət arasında gediş-gəliş qadağası isə daha 15 gün uzadılıb. Cəzaçəkmə müəssisələrində görüşlər iyundan etibarən bərpa olunacaq./Qafqazinfo