Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu tutuldu - FOTO

Baxış sayı:
1576

Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu tutulub.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Muş vilayətində şübhəli avtomobil saxlanılıb.

Bu zaman avtomobildəkilərlə jandarma arasında silahlı atışma olub.

Əməliyyatda PKK-nın Ərzurum vilayəti üzrə rəhbəri, başına 1 milyon türk lirəsı qoyulan “Hayri Mava” ləqəbli Mahmud Okay yaralı halda ələ keçirilib./apa