​Türkiyədə Baş nazir postu LƏĞV EDİLƏCƏK - Deputatların sayı artırılacaq

Baxış sayı:
5497

Türkiyənin prezident respublikasına keçməsi ilə 2019-cu ildə Baş nazir postu ləğv ediləcək.
Trend-in məlumatına görə, bundan başqa, Türkiyə parlamentində deputatların sayı 550-dən 600-dək artırılacaq.
Türkiyə mətbuatı parlamentdə yeni komissiyanın yaradılacağını da yazır.
Xatırladaq ki, 2017-ci ilin aprelində Türkiyə konstitusiyasına dəyişikliklər haqqında referendum keçirilmişdi.