​Türkiyədə Bağdadiyə özəl xidmət göstərən şəxs saxlanıldı

Baxış sayı:
6607

Türkiyədə Çankırı Cümhuriyyət Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində şəhərin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD qruplaşmasına qarşı müxtəlif ünvanlarda əməliyyatlar həyata keçirib.
Muxalifet.az
türk mətbuatına istinadən bildirir ki, əməliyyat çərçivəsində 3-ü qadın olmaqla 11 şübhəli şəxslərsaxlanılıb. Onlardan birinin terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadiyə özəl xidmət göstərdiyi məlum olub.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp 27 oktyabrda Əbu Bəkr əl-Bağdadinin Suriyada keçirilmiş əməliyyat zamanı öldürüldüyünü bəyan edib.