Türkiyədə azərbaycanlının avtomobili partladı

Baxış sayı:
8890

Türkiyə ərazisində Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib. Yanacaq daşıyan avtomobil Dilucu gömrük keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikası ərazisinə keçərkən partlayıb. Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev azərtac -a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Faktla bağlı təhqiqat aparılır. Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.