​Türkiyədə azərbaycanlı saxlanıldı

Baxış sayı:
10849

Türkiyənin Kuşadası bölgəsində polis saxladığı avtomobildən 290 qram narkotik vasitə aşkarlayıb. 
Muxalifet.az “Habertürk”ə istinadən xəbər verir ki, maşında olan iki nəfər saxlanılıb.
Onlardan biri 28 yaşlı azərbaycanlı S.K.-dır. 
Dindirilmədən sonra onlar hakim qarşısına çıxarılıblar. Hakimin qərarı ilə azərbaycanlı azadlığa buraxılıb, digər şəxs barəsində isə həbs qərarı çıxarılıb.