Türkiyədə azərbaycanlı pulla dolu bağlamanı zibilliyə atdı - FOTO

Baxış sayı:
9308

Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu bağlamanı səhvən zibilliyə atıb.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Elşən qardaşı Vüqar ibrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 min avro və 10 manat olan sellofanı zibil qutusuna atıb. Məsələnin nə yerdə olduğunu sonradan başa düşən Elşən dərhal jandarmaya müraciət edib.

Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq onlara təhvil verilib.