Türkiyədə avtobus qar uçqununa düşdü - YARALILAR VAR / Fotolar

Baxış sayı:
1661

Türkiyənin Van şəhərinin Bahçesaray rayonunda qar uçqunu olub.

Türkiyə mediası xəbər verir ki, uçqun sərnişin avtobusunun üstünə düşüb. İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri davam etdirilir. Qar altından artıq 5 nəfər sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işlərinə texnika ilə yanaşı yerli sakinlər də cəlb olunub.

Qarın yağmağa davam etməsi və görmə məsafəsinin azalması axtarış işlərini çətinləşdirir./qafqazinfo