Türkiyədə Amerikaya qarşı çıxan şəxsə 35 il 8 ay həbs verildi

Baxış sayı:
1282

Bu ilin 23 fevralında Türkiyənin Sakarya şəhərində dil kurslarından birində silahlı şəxsin 7 nəfəri girov götürməsi ilə bağlı aparılan istintaq işi yekunlaşıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, "Rədd olsun, Amerika imperializmi!" deyərək kurs rəhbərlərini girov götürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

O, 35 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, sözügedən şəxs kursun binasında 7 nəfəri girov götürmüş, daha sonra ətrafa silahdan atəş açmışdı. O, xüsusi təyinatlı polislərin əməliyyatı nəticəsində zərərsizləşdirilmişdi.