Türkiyədə ABŞ-ın Suriyadakı nümayəndəsi Brett Makgurka CİNAYƏT İŞİ AÇILDI

Baxış sayı:
4800

ABŞ-ın İŞİD ilə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Makgurk haqqında PKK, PYD və YPG silahlı terror təşkilatlarıyla əməkdaşlıq, Şimali İraq və Suriyada terroristlərə silahların çatdırılmasını koordinasiya etdiyi səbəbi ilə cinayət işi açılıb.
 
Brett Makgurk haqqında İzmir Prokurorluğunda cinayət işi açılıb.
“Sabah” qəzetinin xəbərinə görə, Fəthullahçı Terror Təşkilatı ilə Sivil Mübarizə Platforması (TAYDER-Toplumsal Ədalət və Yardımlaşma Dərnəyi) tərəfindən hazırlanan ittihamnamədə Suriyadan qaçaraq Türkiyəyə gələn Suriya Demokratik Qüvvələrinin (SDG) sözçüsü Talal Silonun ABŞ-ın silah yardımları haqqında Anadolu Agentliyinə verdiyi açıqlamalar yer alıb.
Silo, Amerikanın YPG-yə verdiyi silahların paylanma prosesini anlatmış və “Silahların hara gedəcəyi ABŞ-ın vecinə deyil. Bir dəfə də silahları necə və harada istifadə etdiyimizi soruşmadılar. YPG-nin “silahlar bitdi” oyununa da göz yumurdular və dərhal yeni silahların təhvili başlayırdı. Obama dövründə bizə köhnə, istifadə edilmiş silahlar gəlirdi, Tramp gəlincə, zirehli maşınlar gəlməyə başladı” ifadələrini işlətmişdi.
İttihamnamədə "Brett Makgurk ölkəmizin yerləşdiyi məkan üzərində ölkəmizə qarşı təhdid halını alan təşkilatlarla əməkdaşlıq etməklə, ölkəmizin zərərinə hərəkət etmişdir. Milli təhlükəsizliyi təhlükəyə atan, mənafeyimizə və maraqlarımıza zərər verəcək hər kəs haqqında qanunlarımızı pozduğuna görə, lazım olanı etmək haqqımızdır. Şübhəli uzun müddətdir Şimali İraq- Suriya xəttini nəzarətdə saxlayır və terror təşkilatları ilə birlikdə hərəkət edir. Bu təşkilatları koordinasiya etməkdə, təşkilat üzvlərinə silah təmin etməkdə, onlara təlim verilməsini təmin etməklə təqsirli bilinir" deyə, bildirilir.
İttihamnamədə eyni zamanda PKK-PYD-YPG silahlı terror təşkilatlarıyla birlikdə hərəkət etməsi, regionda təşkilatları idarə olunması və terrorçulara silah daşımaçılığının koordinasiyasını yerinə yetirməsi səbəbi ilə ABŞ vətəndaşı olan Brett Makgurk haqqında həbs qərarı çıxarılması istənib.
Müxalifət.az