​Türkiyədə 80 terrorçu zərərsizləşdirildi

Türkiyədə son həftə ərzində keçirilən antiterror əməliyyatlarında 80 terrorçu zərərsizləşdirilib.
"Report"un "Anadolu"ya istinadən məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.
Xəbərdə qeyd olunur ki, onlardan 68-i məhv edilib, 6-ı silahı yerə qoyaraq təslim olub. Daha 6 nəfər sağ ələ keçirilib.
Son bir həftədə Türkiyənin təhlükəsizlik qüvvələri quruda və havada 476 əməliyyat keçirib. Əməliyyatlar zamanı PKK, İŞİD və FETÖ terrorçuları ilə əlbir olmaqda və əməkdaşlıq etməkdə şübhəli bilinən 974 nəfər saxlanılıb.
Bundan əlavə, Türkiyənin şərqində terrorçuların Diyarbəkirdə 26, Bitlisdə 10, Tuncelidə 8, Mardində 8, Ərzincanda 1 olmaqla 47 sığınacağı məhv edilib.