TÜRKİYƏDƏ 6,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ - 15 nəfər ölüb, 475 nəfərdən çox yaralı var / YENİLƏNİB - 2

Baxış sayı:
1344

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 15 nəfər həlak olub, daha 475 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

"Ölənlərin sayı 15 nəfərə yüksəldi. 475 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.

***

İzmirdə zəlzələ nəticəsində daha 2 nəfərin öldüyü məlum olub.

“CNN Türk” xəbər verir ki, yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.

Məlumata görə, yaralıların sayı isə 202-yə çatıb.

***

Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

Muxalifet.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,9 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.