Türkiyədə 6 PKK-lı polisə təslim olub

Baxış sayı:
9610

PKK terror təşkilatının 6 üzvü polisə təslim olub

Muxalifet.az türk mətbuatına istinadən bildirir ki, PKK üzvləri İraqın şimalındakı düşərgələrindən qaçaraq Şırnak vilayətinin Silopi rayonu yaxınlığında yerləşən Habur Sərhəd Məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.

Məlumata görə, saxlanılan terrorçulardan 4-ü qadındır.

Daha ətraflı məlumat verilmir.