​Türkiyədə 6 hərbçi saxlanıldı – ARALARINDA ADMİRALLAR DA VAR

Türkiyədə hökumət tərəfindən terror təşkilatı elan olunan Fətullah Gülən qruplaşmasına (FETÖ/PDY) qarşı növbəti əməliyyat keçirilib.
“Milliyet” qəzetinin verdiyi məlumata görə, İzmir Baş Prokurorluğunun “İzmirdə hərbi casusluq” işi ilə bağlı saxta dəlillər hazırlanması ilə bağlı FETÖ/PDY-yə qarşı aparılan istintaq çərçivəsində 10 rayonda əməliyyat keçirilib.
Əməliyyat zamanı aralarında admiralların da olduğu istefada olan 6 hərbçi saxlanılıb.