​Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib

Baxış sayı:
5368

Türkiyənin kurort zonasında, Antalyanın Qumluca rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə Agentliyi məlumat yayıb. 
40 kilometr dərinlikdə baş verən zəlzələ yerli vaxtla saat 09:21-də qeydə alınıb. 
İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.
Xatırladaq ki, Antalyada ötən gün də 4,8 bal gücündə zəlzələ olmuşdu.