Türkiyədə 43 nəfərin ölümünə səbəb olan terrorçu saxlanıldı

Baxış sayı:
333

Türkiyədə daha bir İŞİD üzvü - Azzo Halaf Süleyman El Aggal həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, saxlanılan terrorçunun Suruç ve Sultanahmet hücumları kimi  birçok kamikadze hücumlarının planlayıcısı Abu Bera Mahir El Aggal ilə birlikdə fəaliyyət göstərdiyi və Türkiyədə bəzi terror aktlarında istifadə olunan partlayıcıların tədarükü və daşınmasına  məsul olduğu müəyyənləşdirilib.

Saxlanılan şəxs ifadəsində 2014-cü ildə İŞİD terror təşkilatına qoşulduğunu, silahlı və ideoloji təhsil aldığını, təlimin sonunda terror təşkilatından ayrılmayacaqlarına, əmrlərini sorğu-sual etmədən yerinə yetirəcəklərinə və Əbu Bəkr əl-Bağdadinin bütün müsəlmanların əmiri və xəlifəsi olduğuna and içdiyini bildirib.

Saxlanılan şəxsin 2016-cı ildə 10 Almaniya vətəndaşının həyatını itirdiyi kamikadze hücumu, 14-ü xarici vətəndaş olmaqla 16 şəxsin yaralandığı İstanbul-Sultanahmet Meydanında törədilən kamikadze hücumu və 2015-ci ildə yenə 33 şəxsin həlak olduğu, 86 şəxsin yaralandığı Şanlıurfa-Suruç  kamikadze hücümlarında istifadə olunan partlayıcı maddələrin təminatçısı olduğu müəyyənləşdirilib.