​Türkiyədə 41 iş adamının mal-mülkünə həbs qoyulub

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 41 iş adamının mal-mülkünə həbs qoyulub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların FETÖ-yə maliyyə yardımı etdikləri bildirilir.
Siyahıda "Akfa Holding"in İdarə Heyətinin sədri Fatih Aktaş, "İhlas Holding"in keçmiş baş rəhbəri Cahit Paksoy, "Fi Yapı" İdarə Heyətinin sədri Fikrət İnanın da adları var.