Türkiyədə 3 PKK-çı zərərsizləşdirildi

Baxış sayı:
6026

Türkiyənin Qars vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi xəbər verir. Əməliyyat, vilayətin jandarma komandanlığının xüsusi təyinatlı dəstələri tərəfindən həyata keçirilib. Əməliyyat zamanı üç PKK terrorçusu zərərsizləşdirilib. Bölgədəki əməliyyatlar davam edir. Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.