​Türkiyədə 2 yunan hərbçi yaxalandı – SƏBƏB

Baxış sayı:
2809

Türkiyə sərhədini qanunsuz keçən 2 yunanıstanlı hərbçi yaxalanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hərbçilər Kastanies bölgəsindən quru yolu ilə Meriç Nehri bölgəsinə keçiblər.
İlkin dindirilmə zamanı onlar əlverişsiz hava şəraiti səbəbindən azdıqlarını bildiriblər.
Məsələ ilə bağlı Afina məlumatlandırılıb.