Türkiyədə 2 əsgər şəhid olub

Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğu hərbi maşın keçən zaman məsafədən partladılıb.
 
 “Hürriyet” qəzetinin verdiyi məlumata görə, yerli vaxtla ötən gecə saat 01.00-da Hizran-Tatvan yolunda baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
 Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün geniş miqyaslı anti-terror əməliyyatı başlayıb./apa