Türkiyədə 17 media qurumu bağlandı

Türkiyə Televiziya və Radio Şurası (RTÜK) 17 media qurumunun yayım hüququnu ləğv edərək, adlarını yayımçı kataloqundan çıxarıb.
Bu barədə məlumatı Türkiyənin “Cümuriyyət” qəzeti yayıb.
Məlumata görə, şura yayım lisenziyası olmayan və ya yayınları şura tərəfindən müvəqqəti olaraq dayandırılan, həmçinin yayın lisenziyası ləğv edilən qurumlar yenidən yayıma cəhd edərlərsə, onları bir ildən iki ilə qədər həbs və pul cəzası gözləyəcək(axar.az).