Türkiyədə 150 minə yaxın iş yeri fəaliyyətini dayandırdı - KORONAVİRUS TƏHLÜKƏSİ

Baxış sayı:
1617

Türkiyədə koronavirusun yayılması çox sayda iş yerlərinin bağlanmasına səbəb olub.

Belə ki, Türkiyə Daxili İşlər Nazirliyinin 81 rayona göndərdiyi “Koronavirus tədbirləri” çərçivəsində 149382 iş yeri müvəqqəti olaraq bağlanıb.

Bunlara gecə klubları, barlar, diskotekalar, teatr, kino, konsert, toy salonları, kafelər, restoranlar, hər cür oyun salonları və s. aiddir.

Qanuna əməl etməyən 187 iş yeri təkrar bağlanıb.