Türkiyədə 15 iyul çevriliş cəhdi ilə bağlı sorğu: Çarpıcı nəticələr..

Baxış sayı:
7789

FETÖ-nun 15 iyul çevriliş cəhdindən üç il sonra Türkiyədə yeni sosial sorğu anketi keçirilib. Areda Araşdırma tərəfindən keçirilən və 2426 adamın iştirak etdiyi sorğuya görə, vətəndaşlar arasında yeni bir çevriliş təhlükəsinin hələ də gündəmdə olduğunu düşünənlər var. Areda Araşdırmanının apardığı sorğuda təəccüblü nəticələr ortaya çıxıb. "Təkrar bir çevriliş cəhdi olsa, küçəyə çıxarsınızmı" sualına vətəndaşların 77,4 faizi "bəli çıxaram" cavabını verib. Araşdırmaçıların "Sizcə Türkiyədə çevriliş təhlükəsi varmı?" sualına 30,2 faizi "Bəli" cavabını verib. Hansı ki, bu nisbət 2018-ci ildə 22,8 faiz idi. Çevriliş təhlükəsinin olduğunu deyənlərin nisbətindəki artım diqqət çəkir. Yeni bir çevriliş cəhdi olduğu təqdirdə vətəndaşların küçəyə çıxmağa hazır olduğu da anket sorğusunda ortaya çıxıb. 2018-ci ildə "Təkrar bir çevriliş cəhdi olsa, küçəyə çıxarsınızmı" sualına vətəndaşların 74,6 faizi “çıxarıq” cavabını verib. 2019-cu ildə keçirilən son sorğuda isə bu rəqəmin 77,4 faizə yüksəldiyi bəlli olub. Müxalifət.az