​Türkiyədə 14 əsgər FETÖ-çu çıxdı

Türkiyə ordusunda FETÖ-ya qarşı əməliyyat davam edir.
“Anadolu” agentliyi xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 43 əsgər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
Onlardan 14-nün “Bylock” gizli mesajlaşma proqramından istifadə sübut olunub və həbs edilib. Digərlər şübhəli əsgərlərin istintaq işləri davam edir.